A

UNEC Türkiyənin aparıcı ali təhsil müəssisələri ilə beynəlxalq əməkdaşlığını genişləndirmək istiqamətində daha bir mühüm addım atıb.

Bu məqsədlə Türkiyənin Pamukkale Universitetinin rektoru professor Mahmud Güngörün rəhbərlik etdiyi nümayəndə heyəti UNEC-də olub. Görüşdə UNEC-in rektoru professor Ədalət Muradov, universitetin müvafiq struktur rəhbərləri və Pamukkale Universitetinin nümayəndələri iştirak ediblər.

Görüş zamanı iki universitet arasında mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub. Professor Ədalət Muradov UNEC-in Türkiyənin ali təhsil müəssisələri ilə səmərəli və davamlı tərəfdaşlıq əlaqələrinə malik olduğunu qeyd edib.

Müzakirələrdə müəllim və tələbə mübadiləsi, birgə elmi məqalə və kitabların nəşri, süni intellekt və rəqəmsal iqtisadiyyat sahəsində ortaq layihələrin hazırlanması, həmçinin elmi konfransların birgə təşkili əməkdaşlıq istiqamətləri kimi məsələlər ön plana çəkilib.

Görüşün sonunda UNEC ilə Pamukkale Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb.

TOP XƏBƏRLƏR