A

UNEC-in İqtisadiyyat və İdarəetmə fakültəsində “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının təşkilatçılığı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində maarifləndirici tədbir təşkil olunub.

Tədbirin məqsədi tələbələr arasında sağlam həyat tərzinin təşviqi, idmana marağın artırılması və yaradıcılıq fəaliyyətinin dəstəklənməsi olub.

Görüşdə çıxış edən kafedranın müəllimi Rəşad Əbilzadə, kafedra müdiri, dosent Elşən Məmmədov və dosent Zakir Malayev narkotik vasitələrin cəmiyyətə və insan sağlamlığına vurduğu zərərlərdən bəhs edərək gənclərin bu kimi mənfi vərdişlərdən uzaq durmasının vacibliyini vurğulayıblar. Onlar həmçinin sağlam həyat tərzinin formalaşmasında idmanın və yaradıcılığın mühüm rol oynadığını qeyd edərək tələbələri aktiv və sağlam həyat mövqeyi seçməyə çağırıblar.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR