A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Maliyyə və mühasibat” fakültəsində Psixoloji Xidmət Mərkəzinin dəstəyi ilə tələbələr üçün “Sağlam həyat tərzi və narkomanlığın zərərləri: sosial maarifləndirmə və profilaktika” mövzusunda seminar keçirilib.

Seminarı giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, müasir dövrdə gənclərin sağlam və dayanıqlı inkişafında sağlam həyat tərzinin həlledici rol oynadığını bildirib, onun həm fiziki rifahın təmin olunmasında, həm də mənəvi-psixoloji tarazlığın formalaşmasında mühüm əhəmiyyət daşıdığını qeyd edib, eyni zamanda narkomanlığın fərdin sağlamlığına zərər vurmaqla yanaşı, onun sosial inteqrasiyasını zəiflədən, peşəkar inkişafına mane olan və ümumilikdə cəmiyyət üçün ciddi fəsadlar yaradan təhlükəli bir problem olduğunu vurğulayıb, bu baxımdan maarifləndirmə işlərinin ardıcıl şəkildə genişləndirilməsinin, profilaktik tədbirlərin isə sistemli və məqsədyönlü şəkildə həyata keçirilməsinin xüsusi vacibliyini diqqətə çatdırıb.

Psixoloji Xidmət Mərkəzinin psixoloqu Küşvər Abdullayeva geniş təqdimatla çıxış edərək, narkomanlığın yaranma səbəbləri, psixoloji və sosial risk faktorları barədə ətraflı məlumat verib, sağlam həyat tərzinin formalaşdırılmasında fərdi psixoloji dayanıqlığın, düzgün qərarvermə bacarıqlarının və sosial dəstək mühitinin mühüm rol oynadığını qeyd edib, həmçinin erkən mərhələdə risk əlamətlərinin müəyyənləşdirilməsinin və vaxtında peşəkar müdaxilənin profilaktik baxımdan xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Sonda mövzu ilə əlaqədar müzakirələr aparılıb və tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR