UNEC-in Türk Dünyası İqtisad fakültəsində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirin məqsədi tələbələr arasında zərərli vərdişlərin qarşısının alınması, sağlam həyat tərzinin təbliği və narkotik vasitələrin insan sağlamlığına mənfi təsirləri barədə məlumatlılığın artırılması olub.
Görüşdə fakültə dekan müavini Cavahirxanım Məmmədova, “İqtisadiyyat və işlətmə” kafedrasının baş müəllimi Nəriman Xanəhmədov və tələbələr iştirak ediblər.
Çıxışlarda narkotik vasitələrin insan sağlamlığına, cəmiyyətə və gələcək nəsillərə vurduğu zərərlərdən bəhs olunub, dövlət tərəfindən həyata keçirilən profilaktik tədbirlərin əhəmiyyəti vurğulanıb. Tələbələrə zərərli vərdişlərdən uzaq durmağın vacibliyi izah edilib və onların sualları cavablandırılıb.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb və bu cür maarifləndirici tədbirlərin davamlı keçirilməsinin əhəmiyyəti qeyd olunub.