A

UNEC Dizayn Məktəbində “Narkomaniyaya qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan “Dizayn” kafedrasının müdiri, dosent Elfanə Qasımova narkomaniyaya qarşı mübarizənin sağlam cəmiyyətin formalaşması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, bəşəriyyətin gələcəyi üçün ciddi təhlükə yaradan bu bəla ilə mübarizədə yalnız dövlətin deyil, cəmiyyətin hər bir üzvünün fəal iştirakı zəruridir.

Kafedranın müəllimləri Nərminə Namazova, İlahə İsayeva və Aytən Yusifkənan çıxışlarında qeyd ediblər ki, müvafiq dövlət qurumları və təşkilatlar üzərlərinə düşən vəzifələri yerinə yetirməklə narkomaniyaya qarşı mübarizədə mühüm nəticələrin əldə olunmasına töhfə verirlər.

Tədbirin sonunda mövzu ilə bağlı videoçarx nümayiş olunub.

TOP XƏBƏRLƏR