A

UNEC-də imtahan prosesi ictimaiyyətə açıq keçirilir. Valideynlər, KİV və QHT nümayəndələri prosesi müşahidə etmək üçün universitetə dəvət edilib.

Yazılı və test üsulu ilə keçirilən imtahan prosesinin gedişini izləyən “UNEC İctimai Nəzarət Şurası”nın koordinatoru, təhsil eksperti Etibar Əliyev “Qaynar xətt” xidmətinə daxil olan müraciətləri dinləyib. İş gününün sonunda müşahidələri barədə unec.edu.az saytına məlumat verib. Ekspert bildirib ki, müraciət edənlərin əksəriyyəti IV kurs tələbələridir: “Onlar sonuncu kurs olduqları üçün güzəştlər istəyirlər. Ümumilikdə hesab edirəm ki, UNEC-də tələbə biliyinin obyektiv və şəffaf qiymətləndirilməsi üçün yüksək şərait yaradılıb”. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay