A

Türkiyənin Altınbaş Universitetinin rektoru professor Dr. Çağrı Erhan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradovla görüşüb.

Görüşdə professor Ədalət Muradov UNEC-in tədris prosesi, akademik heyəti, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib. UNEC-in dünyanın bir çox nüfuzlu universltetləri ilə əməkdaşlıq etdiyini, ikili diplom, mübadilə və birgə diplom proqramları həyata keçirdiyini diqqətə çatdırıb.

Rektor professor Dr. Çağrı Erhan Altınbaş Universiteti barədə məlumat verdikdən sonra hər iki universitet arasında əməkdaşlıq imkanları müzakirə olunub. Müzakirələrdən sonra UNEC ilə Altınbaş Universiteti arasında əməkdaşlığa dair anlaşma memorandum imzalanıb.

Memoranduma əsasən, hər iki universitet arasında birgə konfransların keçirilməsi, tədqiqat işlərinin aparılması, tələbə və akademik heyətin mübadiləsi nəzərdə tutulub.

TOP XƏBƏRLƏR