A

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Yıldız Texnik Universitesi, AETN İdarəetmə Sistemləri İnstitutu və Beynəlxalq Texniki Strateji İdarəetmə və İdarəçilər Dərnəyinin birgə təşkilatçılığı, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin təşəbbüsü ilə “Yaşıl iqtisadiyyat və ekoloji imperativlərə doğru yol: yeni çağırışlar, imkanlar və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.

Konfransın məqsədi Azərbaycanda və dünyada ekoloji tarazlığın qorunmasında iştirak edən bütün təşkilat və qurumları vahid platformada toplamaq və yaşıl iqtisadiyyat mövzusunda əldə olunan elmi nəticələrin müzakirəsini təşkil etməkdir.

Milli Məclisin komitə sədri Sadiq Qurbanovun moderatorluğu ilə keçiriləcək konfransın açılışında elm və təhsil naziri Emin Əmrullayev, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, UNEC-in  rektoru professor Ədalət Muradov, energetika nazirinin müavini Samir Vəliyev, bp-nin vitse prezidenti Bəxtiyar Aslanbəyli, Türkiyənin əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Prof.Dr. Lüftihak Alpkan, daxili işlər nazirinin müavini Eyyüp Sabri Erdil və digər dövlət qurumlarının rəsmiləri çıxış edəcəklər.

Konfrans çərçivəsində təşkil olunacaq dəyirmi masada Azərbaycanın və Türkiyənin dövlət qurumlarının rəhbərləri və rəsmilərinin iştirakı ilə iqtisadi siyasət, yaşıl iqtisadiyyat, təbii ehtiyatların idarə edilməsi, səmərəliliyi, dayanıqlı inkişaf, iqtisadi, demoqrafik artımın ətraf mühitə təsiri, su resurslarından, eləcə də alternativ və bərpa olunan enerji mənbələrindən istifadə, yaşıl texnologiyaların tətbiqi, Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə, moda industriyası və ekoloji mühit, Yaşıl maliyyə, yaşıl energetika, işğaldan azad edilmiş ərazilərin yaşıl iqtisadiyyat potensialı və digər mövzularda müzakirələr aparılacaq.

Azərbaycan və Türkiyənin aparıcı elm və təhsil müəssisələrinin nümayəndələrinin də qatıldığı beynəlxalq konfransın açılışı 12 oktyabr, saat 10.00-da Zirə Eko Parkında təşkil olunacaq.

Konfransın  PROQRAMI

Konfransla bağlı məlumat almaq üçün əlaqə: (+99455) 783-78-78; (+99455) 445-54-04; (+99455) 201-28-09

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay