A

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) İqtisadiyyat və idarəetmə fakültəsinin "İqtisadiyyat" kafedrasının, Rus İqtisad Məktəbinin "Tətbiqi iqtisadiyyat" kafedrasının təşkilatçılığı, professor-müəllim heyətinin iştirakı ilə birlikdə Özbəkistanın Daşkənd Dövlət İqtisad Universitetinin Maliyyə kafedrasının müdiri, professor Karlibayeva Raya Xojabayevnanın “Müəssisənin maliyyə idarəetmə problemləri” mövzusunda seminarı keçirilib.

Mövzu ətrafında mövcud problemlərlə bağlı maraqlı müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Özbəkistandan gələn qonaqlar universitetin elmi-tədqiqat mərkəzləri, kitabxanası və hibrid auditoriyaları ilə maraqlanıb, gələcəkdə elmi potensialın artırılması istiqamətində birgə əməkdaşlığın təşkili təşəbbüsü ilə çıxış ediblər.

Görüşün sonunda əməkdaşlara həmkarın həmmüəllifi olduğu dərsliklər təqdim edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay