A

manset.az

Azərbaycanın Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Xankəndidəki separatçı rejimin varlığına son qoyuldu. Hazırda isə erməni mətbuatı və bəzi xarici KİV Qarabağdan gedən erməniləri “qaçqın” və yaxud "məcburi köçkün"  adlandıraraq dünya ictimaiyyətinə yanlış məlumat ötürməkdədir.

Məsələ ilə bağlı Manset.az-a açıqlamasında professor, İqtisad elmləri doktoru Zahid Məmmədov bildirib ki, Qarabağdan gedən ermənilərin çoxunda Ermənistan, Livan və bir çox ölkələrin vətəndaşlığı olduğu halda gəlib Azərbaycanın zənginliyindən yararlanıblar, əksəriyyəti isə terrora dəstək olub.

Zahid Məmmədovun sözlərinə görə burda hansı qaçqınçılıqdan söhbət gedir ki, onların cibində başqa ölkələrin vətəndaşlığı var?!:

“Bu gün erməni və bir çox xarici mətbuat Qarabağdan Ermənistana gedən erməniləri qaçqın adlandıraraq yalan xəbərlər tirajlayırlar. Birinci növbədə qaçqın anlayışına baxılmalıdır. Bununla bağlı BMT-nin açıqlaması var. Bu insanlar heç bir şəkildə qaçqın sayılmır. Apardığımız terror əməliyyatına qarşı indi dünya ictimaiyyətini aldatmağa çalışırlar. Bu ermənilərin kimliyinə baxılmalıdır. Onların çoxusu burda terror fəaliyyəti ilə məşğul olub. Ermənistanda bunları qaçqın adlandırmaq ayıbdır və keçərli deyil. Həmin şəxslər sadəcə miqrant sayılır. İllərlə terroristlər və qeyri-qanuni miqrantların bir hissəsi Azərbaycanda kef edib, yeyib, dağıdıb, gəlib burda pul qazanıblar. Bu əslində cinayət tərkibidir. Onları heç kim burda incitməyib. Bu cür ifadələrə və terminlərə diqqət edilməsi çox vacibdir. Dünya ictimaiyyətinə çatdırmaq lazımdır ki, bunlar Azərbaycan vətəndaşı deyil. Qarabağdan gedən ermənilər öz vətəndaşı olduğu ölkəyə qayıdırsa onları qaçqın adlandırmaq mümkünsüzdür. Xarici KİV-nin televiziya və ya yazılarında  bu cür səhvlərə yol verildiyi təqdirdə tecili olaraq reaksiya verməli və münasibət bildirməliyik. Çünki onların çoxusu bilmir və elə düşünürlər ki, gedənlər orda yaşayanlardır. Həmin xarici mətbuata bunu izah etmək lazımdır. Bununla bağlı azərbaycanlıların qaçqın olduğu dönəmdə hansı sıxıntıları çəkdikləri və onlara göstərilən münasibət ortadadı. Gedən ermənilər ilk növbədə Azərbaycan vətəndaşı olduqlarını isbat etsinlər. Azərbaycan vətəndaşlığını üçün arzu və istəklərini bildirməlidirlər. Biz artıq böyük təcrübələrdən dərs almışıq”.

Professor qeyd edib ki, işğaldan azad olan şəhərlərin brendləşməsi üçün indidən işlərin görülməsi lazımdır:  

“Biz bu gün ilk növbədə Qarabağın inkişafı üçün addımlar atmalıyıq. Xarici ölkələrdə belə bir təcrübə var, məsəl üçün Harvard və Oxforda universitetləri şəhərin mərkəzində deyillər. Amma o qəsəbələr universitetlərin fəaliyyəti ilə dünyada marka olaraq tanınır. Universitetlər həmin şəhəri brend olaraq dünyaya tanıdıb. Biz bu gün Qarabağın dünyaya brend kimi tanınması üçün böyük universiterlər orada yerləşməlidir. Çünki dinamizm, aktivitə və məşğulluğa təsir edən əsas göstərici gənclikdir. Qarabağı tamamilə gəncləşdirmək inkişaf etdirmək lazımdır. Məsələn, Ağdam Muğam Musiqi Mərkəzi bu artıq özü bir göstəricidir. Operanın ana mərkəzi Şuşanı ayrı-ayrılıqda dünyada tanınmış qəbul edilmiş şəhərlər halına gətirmək vaxtıdır. Biz sadəcə Qarabağda terror fəaliyyəti ilə məşğul olanları deyil, onların ehtiyacını ödüyənlər, maliyyət vəsaitini qarşılayanlar da məsuliyyət daşımalıdır. Həmin şəxslər müasir qanunlar çərçivəsində cavab verməlidir. Dağılan, sökülən evlər, talanan sərvətlər hara daşınıb. Bunlar konpensasiya olunmalı və Qarabağın inkişafı üçün istifadə olunmalıdır”.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay