Azərbaycan Dövlət İqtisad Universitetində “UNEC müəlliminə 5 sual” layihəsinə start verilib.

İctimaiyyətlə əlaqələr şöbəsinin təşəbbüsü ilə reallaşdırılan layihənin məqsədi müəllimlərin tədris və elmi fəaliyyətini, fərdi inkişafla bağlı tövsiyələrini, müxtəlif məsələlərə şəxsi baxışlarını geniş auditoriya ilə bölüşməklə, onları tələbələrə və ictimaiyyətə daha yaxından tanıtmaqdır.

Layihənin ilk qonağı “İqtisadiyyat” kafedrasının müəllimi, rektorun müşaviri dosent Elşən Bağırzadə olub. Elşən müəllim layihə çərçivəsində ona ünvanlanan 5 sualı cavablandıraraq, maraqlı fikirlərini, təcrübə və tövsiyələrini bölüşüb.

TOP XƏBƏRLƏR