A

UNEC-in 95 illik yubileyi ilə Tədbirlər Planının “95 illik yubileyə 95 xeyirxah iş” bəndinə müvafiq olaraq İqtisadiyyat və idarəetmə fakültəsinin “İqtisadiyyat” və “İctimai idarəetmə və sosial innovasiyalar” kafedralarının əməkdaşları Zabrat qəsəbəsində yerləşən 5 saylı uşaq Somatik sanatoriyası və Bayıl qəsəbəsində yaşayan aztəminatlı ailəni ziyarət ediblər.

Somatik sanatoriyasında müalicə alan azyaşlı uşaqlar qonaqlar üçün Novruz bayramına həsr edilən konsert proqramı hazırlayıblar. Proqramın sonunda uşaqlara müxtəlif hədiyyələr təqdim olunub.

“İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının müdiri dos. Elşən Məmmədov kafedranın əməkdaşları dosentlər Fəridə Qurbanova və Təranə Kərimova ilə birgə 2 azyaşlı uşaqları ilə yaşayan aztəminatlı ailəni ziyarət ediblər. Görüş zamanı ailənin qayğıları ilə maraqlanılıb, hədiyyələr və bayram sovqatları verilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay