A

UNEC-in Zaqatala filialının təşəbbüsü və təşkilatçılığı ilə martın 15-də "Ahıllara və tənhalara dəstək" ictimai birliyinin sədri Ruhiyyə Məmmədova, UNEC-in İqtisadiyyat fakültəsinin baş müəllimi Nailə Sultanova Zaqatala rayonunda olmuşlar.

Onlar Zaqatalada yaşayan bir neçə ahıl və şəhid ailələrinə baş çəkmiş və onlara bayram sovqatı təqdim etmişlər. Bu xoş məramlı tədbirdə UNEC-in fəal tələbələri, o cümlədən Rəşid Əliyev iştirak ediblər. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay