A

UNEC Multikulturalizm Tədqiqat Mərkəzinin rəhbəri, Humanitar fənlər kafedrasının professoru Məhəbbət Paşayevanın həmmüəllifi olduğu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə nəşri olan “Azərbaycan multikulturalizmi. Etnik müxtəliflik xəzinəsi” (Azerbaijani multiculturalizm. The Treasure of Ethnic Diversity) adlı kitabı ingilis dilində nəşr olunub.

Azərbaycanda yaşayan xalqlar, onların Azərbaycanda məskunlaşma tarixi, mədəniyyəti, dili, dinindən bəhs edən nəfis tərtibatlı, illüstrativ materiallarla zəngin olan kitab Azərbaycan multikulturalizmini dünyaya təqdim etmək baxımından əhəmiyyətli rol oynayır.

“Azərbaycan multikulturalizmi. Etnik müxtəliflik xəzinəsi” adlı kitabın təqdimatı ilə baglı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Azərbaycan Televiziyası ilə birgə layihəsi olan “Multikulturalizm” verilişində qonaq olan professor Məhəbbət Paşayeva UNEC-də Azərbaycan multikulturalizminin tədrisi və təbliği ilə baglı görülən işlərdən və Multikulturalizm Tədqiqat Mərkəzinin gələcək planlarından bəhs edib.

Proqramın videoyazısını təqdim edirik:   

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay