×

Xəbərdarlıq

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder JFolder: :delete: Kataloqu silmək alnmadı. Yol: /home/news/web/news.unec.edu.az/public_html/cache/page


A

UNEC Multikulturalizm Tədqiqat Mərkəzinin rəhbəri, prof. Məhəbbət Paşayeva Qarabağda  alban xristian abidələrinin tədqiqi və təbligi çərcivəsində Qarabaga növbəti səfər edib.

İşğaldan azad olunmuş Xocavəndin dini-tarixi abidələri ilə zəngin qədim Tuğ kəndinə səfər edən heyətin tərkibində Azərbaycan Alban Udi İcmasının sədri Robert Mobili, Alban məbədlərinin vaizi Rafik Danakari, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı direktoru Rəvan Həsənov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov və yerli mətbuat nümayəndələri olublar. Səfər çərçivəsində Azərbaycan Alban Udi İcmasının üzvləri Tuğ kəndinin ərazisində yerləşən qədim alban məbədi İohan kilsəsini ziyarət edib, məbəddə Pasxa bayramı münasibəti ilə  alban ənənələrinə uygun dini ayinlər icra ediblər.

Səfər zamanı professor Məhəbbət  Paşayeva Tuğ kəndinin tarixi, kəndin qədim abidələri, kənddəki alban məbədlərinin yaranma tarixi və bu alban məbədlərindəki erməni saxtakarlıqları, kəndin ərazisindəki alban  abidələrinin bugünkü görkəminin ermənilər tərəfindən dəyişdirilməsi faktları ilə baglı telekanallara müsahibə verib.

AZTV

*
Baku TV

TOP XƏBƏRLƏR