A

UNEC-in dosenti Macarıstanın Debrecen Universitetində mübadilədə olub.

Rus İqtisad Məktəbinin İqtisadiyyat kafedrasının (rus dilli) “Sənayenin təşkili və idarə edilməsi” və “Sosial iş” ixtisasları üzrə ixtisas rəhbəri dosent Lalə Həmidova Erasmus+ müəllimlər üçün mübadilə proqramı çərçivəsində 4-10 oktyabrda  Debrecen Universitetində “Strateji menecment” fənni üzrə “Firmanın xarıcı makro mühitin təhlili, PEST-təhlil” mövzusu üzrə mühazirələr aparıb. Mühazirə dərsləri Debrecen Universiteti tərəfindən müsbət qiymətləndirilib.

Mübadilə çərçivəsində  Lalə Həmidova İqtisadiyyat və biznes fakültəsinin kafedra müdiri professor Andraş Nabradi, “Strateji menecment” ixtisası üzrə müəllimlər Dr. Madai Hajnalka və Dr. Bittner Beata, Serbiyanın Noviy Sad Universitetindən Erasmus+ mübadilə proqramında iştirak edən professor Todor Markoviçlə görüşüb. Görüşdə UNEC-lə həmin universitetlər arasında birgə layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay