A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi fəaliyyətin təşkili və idarəedilməsi departamentinin direktoru, iqtisad elmləri doktoru, professor Zahid F.Məmmədov, Elxan Vəliyev və Emin Veysovun birgə müəllifliyi ilə “Azərbaycanın bank sektoru: yeni çağırışlar və imkanlar” kitabı 2021-ci ildə Kanadanın tanınmış nəşriyyatlarından olan "GENERİS PUBLİSHİNG" nəşriyyatında rus dilində işıq üzü görüb.

Kitabda Azərbaycanın milli bank sektorunun təşkilinin hüquqi əsasları və inkişafı, COVİD-19 pandemiyasının ölkənin maliyyə sektoruna təsiri, Azərbaycan Respublikasının Mərkəzi Bankının fəaliyyət xüsusiyyətləri və İslam Bank Sistemində yeni çağırışlar və inkişaf perspektivləri barədə ətraflı məlumatlar öz əksini tapıb. Eyni zamanda nəşrdə ölkə iqtisadiyyatının qiymət və maliyyə sabitliyinin təmin edilməsində Azərbaycan Mərkəzi Bankının pul siyasətinin təkmilləşdirilməsi, Azərbaycan bank sektorunun potensialının artırılması strategiyası və rəqəmsal transformasiyası, "nağdsız iqtisadiyyat"a keçid üçün qlobal çağırışlar haqında məlumatlar təqdim edilib.

TOP XƏBƏRLƏR