Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsi və İnnovativ Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “UNECinema” layihəsi çərçivəsində tədris ilinin son filmi nümayiş olunub.
“UNECinema”da tələbələr “Evdə Tək" filmini izləyiblər. Layihənin məqsədi tələbələri tədrislə yanaşı, sosial fəaliyyətə cəlb etmək və sosial həyatlarına əyləncə qatmaqdır.