UNEC-də ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunan konsert proqramı keçirilib.
UNEC, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Milli Konservatoriyasının Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
İqtisadiyyat fakültəsinin dekanı, dosent Asiman Quliyev, ATGTİ-nin departament rəhbəri Ramiz Məhərrəmov, millət vəkili, UNEC-in professoru Xanhüseyn Kazımlı, professor Əlican Babayev və digər natiqlər ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolundan danışıb, ulu öndərin respublikamıza rəhbərlik etdiyi illərdə əldə olunan uğurlardan söz açıblar.
Konsert proqramında Milli Konservatoriyanın tələbələrindən ibarət ansamblın müşaiyəti ilə xanəndə və vokalçı tələbələrin ifasında musiqilər səsləndirilib. Tədbirin layihə rəhbəri UNEC-in I kurs tələbəsi, gənc muğam ifaçısı Yusif Cəfərzadə və Milli Konservatoriyanın II kurs tələbəsi, istedadlı vokalçı Elşən Məmmədovun ifaları dinləyicilərin xüsusi marağına səbəb olub.
AzTV-nin MAG proqramının tədbirlə bağlı hazırladığı videosüjeti təqdim edirik: