A

UNEC-də Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 26-cı ildönümü ilə əlaqədar  Elnurə Abdullayevanın “Əsgər papağı” tamaşası oynanılıb.

Qarabağ mədəniyyətinin canlı yadigarı olan Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifa etdiyi səhnə əsərində erməni vandallarının Azərbaycanın dinc sakinlərinə qarşı törətdiyi qətliamdan bəhs edilir. Tamaşanın quruluşçu rejissoru Sərdar Gözəlov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Mir Vüqar Nəsirovdur.

Tamaşada əsas rolları əməkdar artist Nazir Rüstəmov, aktyorlardan Emin Sevdiməliyev, Zəhra Salayeva, Vüqar Ağayev, Bahar Həmzəyeva, Teymur Məmmədov, Məmməd Məmmədov, Mobil Qurbanov, Hamlet Qənbərov, Vüsalə Əsgərova və Asif Əhədov ifa ediblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay