A

UNEC-in Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə universitetdə 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş konsert proqramı keçirilib.

 Konsert proqramında qirayət dərnəyinin üzvləri Əlizamin Əhmədovun və Rəvan Əliyevin səsləndirdiyi şeirləri, vokal dərnəyinin solistləri Nigar Vəliyeva, Mələk Abdulova, Rəvan Mehdizadə, Ülvi Alızadə və Nigar Qasımovanın vətənpərvər ifaları alqışlarla qarşılanıb.

 Yaradıcılıq Mərkəzinin rəqs ansamblının solistləri Lamiyə Qurbanova və Ələddin Süleymanov isə “Naz eləmə” rəqsi ilə konsert proqramına maraq qatıblar.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay