“Sahibkarlıq və KOM: Biznesin əsasları” mövzusunda təşkil olunan Yaz Məktəbi çərçivəsində ölkənin biznes qurumlarının nümayəndələri UNEC-də mühazirə deyiblər.
Biznes nümayəndələri Yaz məktəbinin alman və azərbaycanlı magistrlərini ölkə iqtisadiyyatında baş verən yeniliklər barədə məlumatlandırıblar, eyni zamanda öz bilik və təcrübələrini onlarla paylaşıblar.
UNEC-in budəfəki qonaq məruzəçisi “BERC Group”un nümayəndəsi Kənan Ağayev olub. Magistrlərə kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi ilə bağlı mühazirə deyən K.Ağayev onlara ölkədə sahibkarlığın inkişafı istiqamətində aparılan siyasətdən danışıb, sahibkarlığın maliyyələşmə mexanizmlərini açıqlayıb.
Mühazirədə magistrləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd: UNEC-lə Almaniyanın Siegen Universitetinin birgə layihəsi olan “EE-KEY-AZ Sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin yaradılması və məşğulluğun əsas amilləri” layihəsi 2016-cı ildə Alman Akademik Mübadilə Xidmətinin (DAAD) baş ofisinin müsabiqəsinin qalibi olub. Layihənin icra müddəti dörd ildir. Layihə çərçivəsində həm Almaniya, həm də Azərbaycanda professor-müəllim heyəti, gənc alim, eləcə də tələbələrin iştirakı ilə görüş və təlimlər təşkil edilir. Hər iki ölkədə yay və qış məktəbləri, müxtəlif seminarlar keçirilir. Eyni zamanda UNEC-in gənc alim və doktorantları üçün hər il Almaniyada bir aylıq tədqiqat imkanı yaradılır, Almaniyanın gənc alim-təqdiqatçıları isə Azərbaycanda elmi-tədqiqat aparırlar. Layihə çərçivəsində tələbələr Almaniya və Azərbaycanın müxtəlif şirkətlərində təcrübə keçmək imkanı da əldə edirlər.