“EE-KEY-AZ Sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin yaradılması və məşğulluğun əsas amili kimi” layihəsi çərçivəsində UNEC-də “Sahibkarlıq və KOM: Biznesin əsasları” üzrə UNEC-də ötən il təşkil olunan yaz məktəbini uğurla bitirən magistrlərlə görüş keçirilib.
UNEC-in Beynəlxalq Əməkdaşlıq Departamentinin direktoru Sənnur Əliyev və Siegen Universitetinin professoru Petra Moog yaz məktəbində iştirak edən magistrlərin bilik və bacarıqlarını yüksək qiymətləndirərək, onların hazırladıqları biznes planlarını uğurla davam etdirəcəklərinə əminliklərini vurğulayıblar.
Sonra magistrlərə Yaz məktəbini müvəffəqiyyətlə bitirdikləri üçün sertifikatlar təqdim olunub.
Qeyd: UNEC-lə Almaniyanın Siegen Universitetinin birgə layihəsi olan “EE-KEY-AZ Sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin yaradılması və məşğulluğun əsas amilləri” layihəsi 2016-cı ildə Alman Akademik Mübadilə Xidmətinin (DAAD) baş ofisinin müsabiqəsinin qalibi olub. Layihənin icra müddəti dörd ildir. Layihə çərçivəsində həm Almaniya, həm də Azərbaycanda professor-müəllim heyəti, gənc alim, eləcə də tələbələrin iştirakı ilə görüş və təlimlər təşkil edilir. Hər iki ölkədə yay və qış məktəbləri, müxtəlif seminarlar keçirilir. Eyni zamanda UNEC-in gənc alim və doktorantları üçün hər il Almaniyada bir aylıq tədqiqat imkanı yaradılır, Almaniyanın gənc alim-təqdiqatçıları isə Azərbaycanda elmi-tədqiqat aparırlar. Layihə çərçivəsində tələbələr Almaniya və Azərbaycanın müxtəlif şirkətlərində təcrübə keçmək imkanı da əldə edirlər.