UNEC rektoru, professor Ədalət Muradov Magistratura Mərkəzinə qəbul olan 1-ci kurs tələbələri ilə görüş keçirib.
Görüşdə, UNEC-də həyata keçirilən yeniliklər, elektron universitet modelinin tətbiqinin genişləndirilməsi, əldə olunan uğurlar barədə məlumatlardan danışılıb.
1300-dək magistrin təhsil aldığı Magistratura Mərkəzi iqtisad elminin müxtəlif sahələri üzrə magistr dərəcəli kadrlar hazırlayır. Burada magistr hazırlığına demək olar ki, universitetimizin bütün kafedraları cəlb olunmuşdur. Dərslər təcrübəli professor və dosentlər, həmçinin ayrı-ayrı nazirlik, komitə, özəl müəssisə və təşkilatların respublikada tanınmış, ən nüfuzlu, aparıcı mütəxəssisləri tərəfindən aparılır.
Rektor qeyd edib ki, UNEC iqtisadiyyat və idarəetmə ixtisasları ilə yanaşı, texniki ixtisaslar üzrə də kadr hazırlığı həyata keçirilir. Bildirilib ki, bu ixtisas istiqamətləri üzrə beynəlxalq əməkdaşlıqların genişləndirilməsi daim diqqətdə saxlanılır: “UNEC-də texniki ixtisaslar üzrə təhsil alan tələbələr üçün ikilidiplom proqramlarının hazırlanması bizim üçün prioritet məsələdir.”