UNEC-də magistraturaya qeydiyyat üçün onlayn sənəd qəbulu qaydalara uyğun olaraq, iyulun 15-dək aparılacaq.
Magistraturaya qəbul olan bakalavrlar arayışlarla bağlı UNEC-in onlayn “Bir pəncərə” xidmətinə müraciət edə bilərlər. Arayışlar 1 gün ərzində onlayn olaraq müraciət edənlərə təqdim olunacaq. Magistraturaya sənəd qəbulu şənbə və bazar günləri də aparılacaq.
Qeyd: Bəzi sosial şəbəkələrdə UNEC-də magistraturaya qeydiyyat üçün sənəd qəbulunun iyulun 12-dək aparılacağı barədə məlumatlar yayılıb. Bu məlumatlar yanlışdır və sənəd qəbulu DİM-nin qərarına əsasən, 6-15 iyul tarixlərində aparılır.