UNEC-də İT sahəsi üzrə təhsil alan 25 tələbə üçün “ISACA”nın illik abunə kartlarını əldə etmək şansı yaradılıb.

“ISACA” Avropa, Çin və Amerikada informasiya texnologiyaları (İT) üzrə fəaliyyət göstərən şirkətlər qrupudur.

Abunə kartını əldə etmiş tələbələr ISACA (isaca.org) kitabxanasına giriş, həmçinin İT üzrə peşəkarların qlobal şəbəkəsinə, onların bilik və təcrübəsinə çıxış əldə edəcəklər. Abunə ödənişlidir və ilk müraciət edən 25 tələbə bu fürsətdən yararlana biləcək.

Maraqlananlar üçün TƏLİMAT və MƏLUMAT əlavə olunur.

TOP XƏBƏRLƏR