A

Oktyabrın 25-də İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin və UNEC-in “Karyera planlaşdırılması və inkişafı” kafedrasının tərəfdaşlığı ilə UNEC-də “Danış, səni tanısınlar” layihəsi çərçivəsində maarifləndirici tədbir keçiriləcək.

Tədbirin məqsədi, müasir iş dünyasının tələblərindən olan yumşaq bacarıqların karyera planlamasına təsiri ilə bağlı gəncləri maarifləndirməkdir.

Görüş zamanı xüsusi fəallığı ilə seçilən tələbələrə “Diksiya Akademiyası”nda 50 faiz endirimli təlimlərin keçirilməsi, eləcə də iştirakçılara e-sertifikatların verilməsi nəzərdə tutulub.

Tədbir saat 12:00-da UNEC-in 4 saylı tədris binasında (Abbas Səhhət 45A) keçiriləcək.

TOP XƏBƏRLƏR