A

UNEC-də “Karyera planlaşdırılması və inkişafı” kafedrasının təşkilatçılığı ilə Biznes və menecment fakültəsinin “Beynəlxalq ticarət və logistika” ixtisası üzrə təhsil alan tələbələr üçün logistika seminarı keçirilib.

Seminarın təlimçisi Azərbaycanda nəşr olunan ilk “Nəqliyyat logistikası” kitabının müəllifi, tanınmış logistika eksperti Nicat Şabanlı tələbələrlə logistika sahəsində uzunillik praktiki təcrübəsini bölüşüb. O, müasir nəqliyyat-logistika sistemləri, təchizat zəncirinin idarə olunması, beynəlxalq daşımaların təşkili, gömrük prosedurları və real biznes nümunələri barədə ətraflı məlumat verib.

Tədbir çərçivəsində logistika sahəsində aktual çağırışlar, qlobal ticarət mühitində baş verən dəyişikliklər və bu istiqamətdə peşəkar bacarıqların rolu müzakirə olunub.

Sonda fəal tələbələrə xüsusi təlim proqramlarında iştirak üçün güzəştlər təqdim olunub.

TOP XƏBƏRLƏR