UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsində Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə “Rəqəmsal Dünyada Təhlükəsizlik: Kibertəhlükəsizliyin Sirləri” mövzusunda seminar keçirilib.
Tədbirin məqsədi tələbələrin kibertəhlükəsizlik sahəsində biliklərini artırmaq, onları rəqəmsal dünyada təhlükəsiz davranış qaydaları ilə tanış etmək və bu istiqamətdə maarifləndirmək olub.
Seminarda N-iX şirkətinin Senior Kibertəhlükəsizlik mütəxəssisi Əli Məmmədzadə, AKTA eksperti Kənan Hacıyev və Paşa Bankın DevSecOps və proqram təhlükəsizliyi üzrə mütəxəssisi Vahid İsmayılov tələbələrə kibertəhlükəsizlik, DevSecOps və şəbəkə təhlükəsizliyi sahələri barədə geniş məlumat veriblər.
Mütəxəssislər tələbələrin rəqəmsal mühitdə qarşılaşa biləcəyi kiberhücum növləri, bu hücumlardan qorunma yolları və təhlükəsiz internet istifadə qaydaları haqqında ətraflı danışıb. Həmçinin real nümunələr əsasında təhlükəsizlik yanaşmaları və müdafiə mexanizmləri nümayiş etdirilib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.