UNEC-in Təcrübənin təşkili şöbəsinin təşəbbüsü və Rus İqtisad Məktəbinin təşkilatçılığı ilə “Brand Boom 2” marketinq yarışması çərçivəsində Azersun Holdinq nümayəndələrinin tələbələrlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə Təcrübənin təşkili şöbəsinin müdiri, Leyla Nəzirzadə tədbirin məqsədi, tələbələrin bu kimi layihələrdə iştirakının əhəmiyyəti və praktiki təcrübənin karyera inkişafında rolu barədə danışıb.
Tədbirdə “Brand Boom 1” layihəsinin 1-ci yer qalibləri Mədinə İbadzadə və Nərgiz Tarverdiyeva, həmçinin 2-ci yer qalibi Aytac Şahverınova öz təcrübələrini tələbələrələ bölüşüblər.
Qaliblər yarışma çərçivəsində layihə üzərində iş prosesi, komanda işi təcrübəsi, qarşılaşdıqları çətinliklər və əldə etdikləri bilik və bacarıqlar barədə məlumat veriblər. Qeyd edilib ki, ötən il keçirilən “Brand Boom 1” layihəsində UNEC tələbələri 4 nominasiya üzrə 1-ci yer, 3-cü yer və “Jüri simpatiyası” nominasiyalarında qalib gələrək yüksək nəticə nümayiş etdiriblər.
Sonda aktiv iştirak edən tələbələrə hədiyyələr təqdim olunub və sualları cavablandırılıb.