PAŞA Kapital İnvestisiya Şirkəti 2022-ci ilin iyul və avqust aylarında ödənişli Yay Təcrübə Proqramı elan edir.
Tələbələr təcrübə proqramında “PAŞA Kapital” komandasının bir hissəsi olmaqla müasir korporativ idarəçilik prinsiplərini əyani mənimsəmək, yeni təklifləri yüksək ixtisaslı və təcrübəli əməkdaşlarla birlikdə çalışmaq, eləcə də müxtəlif növ layihələrdə və əməliyyatlarda iştirak etmək imkanı əldə edəcəklər.
Təcrübədə iştirak edənlər proqramın sonunda sertifikatla təltif olunacaqlar.
Seçilmiş tələbə və məzunlar, tələb olunan şərtlərə cavab verdiyi halda işlə təmin olunmaq imkanı əldə edə biləcəklər.
Təcrübə proqramı haqqında məlumat:
- AR əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
- Stimullaşdırıcı əmək haqqı;
- İş qrafiki: Həftənin 5 günü, saat 10:00-dan, saat 17:00-dək;
Təcrübə proqramına "İqtisadiyyat", "Maliyyə" və "Biznesin təşkili" ixtisasında təhsil alan 4-cü kurs tələbələri və məzunlar iştirak edə bilər.
Təcrübə proqramı ilə bağlı 20 may, saat 11:00-da UNEC-in əsas tədris binasının böyük akt zalında təqdimat keçiriləcək.