A

UNEC Karyera Mərkəzinin təşkilatçılığı ilə İT və Proqramlaşdırma sahəsində qadınların iştirakını dəstəkləmək məqsədi ilə ATL Akademiya ATL Tech şirkəti ilə birgə tam ödənişsiz təqaüd proqramı elan edir.

Təqaüd proqramının məqsədi İT sahəsində mütəxəssislər yetişdirməklə yanaşı xanımların bu sahədə rolunu artırmaq və onlara bu sahədə karyera qurmaq imkanı yaratmaqdır.

Təqaüd proqramı ATL Akademiyada mövcud olan bütün proqramları əhatə edir və qalib şəxslər hansı proqram üzrə təhsil almaq istədiklərini özləri müəyyənləşdirəcəklər. Proqrama müraciət üçün aşağıda yerləşdirilən link vasitəsilə ilkin qeydiyyat aparılacaq. Daha sonra seçilən namizədlər Məntiq, İnformatika və İngilis dili sahələrini əhatə edən imtahanda iştirak edərək növbəti mərləhəyə keçid əldə edəcəklər. Son mərhələ müsahibə formatında keçiriləcək və burada namizədlərin dünya görüşü, bu sahəyə olan maraqları və.s digər nüaanslar dəyərləndiriləcək. Qazanılan təqaüd 2023-cü ilin sonunadək keçərli olacaq.

Seçim prosesi 3 mərhələdən ibarət olacaq və aşağıdaki formada həyata keçiriləcək:

  1. İlkin qeydiyyat. Qeydiyyatdan keçən namizədlər ilkin baxışdan sonra imtahan mərhələsinə dəvət olunacaqlar.
  2. İmtahan. İmtahan ümumi 30 sualdan ibarət olacaq: 10 sual Məntiq, 10 sual İnformatika və 10 sual İngilis dili. İmtahan üçün ayrılan müddət 1 saatdır. İmtahan günü və saatı ilə bağlı məlumat 2-ci mərhələyə keçən iştirakçılara göndəriləcək.
  3. Müsahibə. İmtahan mərhələsindən uğurla keçən namizədlər müsahibəyə dəvət olunacaqlar.Müsahibə günü və saatı haqqında məlumat 2-ci mərhələni uğurla keçən namizədlərə göndəriləcək.

    Qeydiyyat üçün son tarix:
    29 mart 2023-cü il

    ƏTRAFLI MƏLUMAT

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay