Scopus platformasında 49 elmi konfransın məruzə kitabı indekslənib.

Konfransın məruzə kitabı Q1 kvartilli olan Proceedings of the Proceedings - International Conference on Software Engineering 69% bazada indekslənmə davamlılığı ilə birinci yerdə, Q4 kvartilli olan AISTech - Iron and Steel Technology Conference Proceedings 11% bazada indekslənmə davamlılığı ilə sonuncu yerdə qərarlaşıb. Konfranslar əsasən kompüter elmləri, mühəndislik, fizika, riyaziyyat və s. elmi istiqamətlərə aiddir.

Həmin konfranslara məruzə təqdim etmək arzusunda olan akademik heyət ilk öncə Scopus.com səhifəsində konfransın adını axtarış bölməsinə daxil edərək, mənbə haqqında məlumat bölməsindən “Source Hompage” düyməsinə klikləyib, konfransın səhifəsinə keçid edib, konfransın qəbul şərtləri ilə yaxından tanış ola bilər.

Əlavə məlumat almaq üçün Elmmetrika şöbəsinə müraciət edə bilərsiniz.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay