A

UNEC-in Əsas Tədris binasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) rəsmi tərəfdaşlığı, UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı və Aparın dəstəyi ilə “Universitetlərdə mikromobilliyin təşviqi” adlı seminar keçirilib.

Tədbirin məqsədi mikromobillik vasitələrinin — elektrikli skuter, velosiped və digər ekoloji nəqliyyat növlərinin — düzgün və təhlükəsiz istifadəsi, eləcə də dayanıqlı nəqliyyat vərdişlərinin təbliği istiqamətində maarifləndirmə aparmaq olub.

Seminar çərçivəsində gənclərə gündəlik həyatlarında faydalı olacaq biliklər qazandırmaq, ictimai mühitdə məsuliyyətli davranış mədəniyyətini formalaşdırmaq və müasir nəqliyyat tendensiyalarına uyğun şüurlu istifadə vərdişlərini inkişaf etdirmək məqsədi daşıyıb.

Tədbir iki hissədən ibarət olub. Birinci hissədə mikromobillik mövzusunda maarifləndirici təqdimat və müzakirələr, ikinci hissədə isə tələbələrin birbaşa təcrübə qazanması üçün universitetin həyətində praktiki velosiped təlimi təşkil edilib.

Seminarda fəal iştirak edən tələbələrə müxtəlif hədiyyələr təqdim olunub. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay