UNEC Biznes Məktəbinin müəllimi Zaman Hüseynov “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Oksford Universitetinin Blavatnik Dövlət İdarəçiliyi Məktəbində “Dövlət Siyasəti” ixtisası üzrə magistr dərəcəsini uğurla tamamlayıb.
Zaman Hüseynov UNEC-də “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə bakalavr və magistr təhsilini fərqlənmə ilə bitirib. Hazırda o, UNEC Biznes Məktəbində MBA proqramında müəllim kimi fəaliyyətini davam etdirir.