A

UNEC-in inzibati heyəti üçün beynəlxalq proqramlar sahəsində mövcud imkanlara dair təlim təşkil olunub.

Təlim UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinin, Xarici əlaqələr şöbəsinin müdiri Rauf Məmmədov tərəfindən keçirilib.

Təlim zamanı iştirakçılara beynəlxalq layihələrdə iştirak imkanları, qrant proqramlarına müraciət prosesində ən yaxşı təcrübələr, tez-tez rast gəlinən çətinliklər və onların həlli yolları barədə məlumat verilib. Həmçinin UNEC-in qlobal səviyyədə əməkdaşlıq imkanlarının genişləndirilməsi və beynəlxalqlaşma strategiyasının gücləndirilməsi istiqamətində yeni yanaşmalar müzakirə olunub.

Rauf Məmmədov çıxışında UNEC-in beynəlxalq təcrübəyə açıq, dinamik inkişaf edən ali təhsil müəssisəsi olduğunu vurğulayaraq, bu kimi təlimlərin universitetin kadr potensialının artırılmasında mühüm rol oynadığını qeyd edib.

Təlim interaktiv müzakirələrlə davam edib və iştirakçılar beynəlxalq proqramlarda daha effektiv iştirak üçün praktiki tövsiyələr əldə ediblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay