A

UNEC-də İslam Maliyyə Mərkəzinin rəhbəri professor Zahid Məmmədovun moderatorluğu ilə “Qarabağ iqtisadiyyatının dirçəlişində və inkişafında Halal qida industriyası: müasir çağırışlar və perspektivlər” mövzusunda onlayn seminar keçiriləcək.

Seminarda SER-İqtisadi Resursların Öyrənilməsi İB-nin sədri Ruslan Atakişiyev, AMEA İqtisadiyyat İnstitutunun Qloballaşma və beynəlxalq iqtisadiyyat şöbəsinin böyük elmi işçisi Təbriz Yadigarov, UNEC İslam Maliyyə Mərkəzinin tədqiqatçısı Əfqan Musayev məruzələrlə çıxış edəcəklər. Həmçinin seminarda Kabardin Balkar Dövlət Aqrar Universitetinin professorları Amina Caboeva, Jansurat Janqorozova, İqtisadiyyat qəzetinin baş redaktoru i.ü.f.d. Aytən Səmədzadə, AQTA və AMFA nümayəndələrinin iştirakı nəzərdə tutulub. Tədbirdə “Qarabağ iqtisadiyyatının dirçəlişində islam maliyyəsi əsaslı ixracyönümlü investisiya cəlbediciliyinin perspektivləri”, “Qarabağ iqtisadi rayonunda halal qida müəssisələrinin yaradılmasının perspektiv inkişaf istiqamətləri” mövzusunda məruzələr dinləniləcək.

Seminar UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsi və UNEC İslam Maliyyə Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq.

21 oktyabr 2021-ci il tarixində saat 12.00-da keçiriləcək seminara ZOOM platforması üzərindən https://zoom.us/j/99788378612 linki vasitəsilə qoşula bilərsiniz.

Seminar UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanacaq.

TOP XƏBƏRLƏR