UNEC-də Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin müdiri Rəna Hüseynovanın moderatorluğu ilə “Kiçik və orta biznes subyektlərinə dövlət dəstək mexanizmləri” mövzusunda onlayn seminar keçiriləcək.
Mövzu ətrafında UNEC Kiçik və Orta Biznes Tədqiqat və İnkişaf Mərkəzinin tədqiqatçısı, KOBİA Departament müdirinin müavini i.f.d. Adil Əhmədov təqdimatla çıxış edəcək.
Seminar UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsi və UNEC Kiçik və Orta Biznes Tədqiqat və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq.
9 dekabr 2021-ci il tarixində saat 15.00-da keçiriləcək seminara ZOOM platforması üzərindən https://zoom.us/j/91090614013 linki vasitəsilə qoşula bilərsiniz.
Seminar UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanacaqdır.