A

UNEC-də “Tədqiqat və sahibkar universitetlərinə çevrilmək istiqamətində elmi tədqiqatların, qrant layihələrinin və ixtiraların rolu” mövzusunda onlayn seminar keçiriləcək.

Seminarda UNEC Kompozit Materiallar Elmi-Tədqiqat Mərkəzinin rəhbəri prof. Rövnəq Rzayev, Mərkəzin tədqiqatçıları f.e.d. Tahir İbrahimov və f.ü.f.d. Tural Nağıyev məruzələrlə çıxış edəcəklər. Seminarda “Elmmetriyada tədqiqatçıların elmi-fəaliyyətinin qiymətləndirilməsi. Elmi məqaləni necə yazmalı?”, “Universitetlərdə qrant layihələrinin rolu. Tədqiqat mərkəzlərinin maddi-texniki bazasının yaradılması, infrastrukturunun qurulması, davamlı dəstəklənməsi və yenilənməsi, peşəkarlığının yüksəldilməsi” və “Patent və ixtiraların hazırlanması. Elmi nəticələrin istehsalatda tətbiqi, iqtisadiyyatın müxtəlif sahələri ilə elmi-texniki əməkdaşlığın perspektiv formalarının inkişaf etdirilməsi” mövzularında məruzələr dinləniləcək.

Tədbir UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsi və UNEC Kompozit Materiallar Elmi-Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək.

17 dekabr saat 16.00-da keçiriləcək seminara ZOOM platforması üzərindən https://zoom.us/j/92135987560 linki vasitəsilə qoşula bilərsiniz.

Seminar UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanacaqdır.

Seminarı izləmək üçün

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay