A

UNEC-də “Qarabağ və Şərqi Zəngəzur İqtisadi Rayonunun resurs potensialı və ondan istifadə imkanlarının artırılması” mövzusunda onlayn seminar keçiriləcək.

Mövzu ətrafında UNEC Xarici Ticarətə Dəstək Mərkəzinin rəhbəri prof. İrşad Kərimli, UNEC Xarici Ticarətə Dəstək Mərkəzinin tədqiqatçısı i.e.d. Mayis Gülalıyev və İsveçrə St.Qallen Universitetinin Siyasi Elmlər və İqtisadiyyat Məktəbinin doktorantı Nərgiz Hacıyeva təqdimatla çıxış edəcəklər.

14 iyun 2022-ci il tarixində saat 15.00-da keçiriləcək seminara ZOOM platforması üzərindən https://zoom.us/j/93956246097 (giriş kodu: 508318) linki vasitəsilə qoşula bilərsiniz.

“Şuşa ili”nə həsr olunan tədbir Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsi və UNEC Xarici Ticarətə Dəstək Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq.

SEMİNARI İZLƏMƏK ÜÇÜN

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay