A

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Erasmus+ mübadilə proqramı çərçivəsində UNEC-in müəllimləri İtaliya, Rumıniya, Bolqarıstan və Macarıstanın ali təhsil müəssisələrinin tələbə-müəllim heyəti ilə təcrübə mübadiləsi aparmaq, dərs demək imkanı əldə edə bilərlər.

Mübadilə üçün nəzərdə tutulmuş universitetlər:
1. Bolonya Universiteti (İtaliya) 
2. Transilvaniya Universiteti (Braşov, Rumınıya)
3. D.A. Tsenov adına İqtisad Akademiyası (Bolqariya)
4. Dunaivaros Universiteti (Macarıstan) 
5. CEFAM Universiteti (Fransa)  

 

Müəllimlərin yol və gündəlik xərcləri Erasmus+ proqramı tərəfindən qarşılanır. Proqrama müraciət etmək istəyən müəllimlər tədris olunacaq fənnin ingilis dilində sillabusunu və CV-lərini Beynəlxalq Əməkdaşlıq Departamentinə təqdim etməlidirlər.

Sənədlərin qəbulu üçün son tarix: 18 noyabr 2018-ci il
Əlaqədar şəxs: UNEC-in Beynəlxalq Əməkdaşlıq Departamenti, Aysel Musayeva. Ünvan: Əsas tədris binası (İstiqlaliyyət, 6), 115-ci otaq
Tel.: 492-60-45

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay