A

Non-Erasmus (ikili əməkdaşlıq çərçivəsində) İtaliyanın Degli Studi Giustino Fortunato Universitetində mübadilə proqramına sənəd qəbulu elan olunur.

Mübadilə proqramı çərçivəsində UNEC -in bakalavriat və magistratura səviyyəsində təhsil alan tələbələri 2022/-2023-cü tədris ilinin yaz semestrində xaricdə təhsillərini davam edə bilərlər. Mübadilə proqramının şərtlərinə əsasən, xarici universitetə təhsil haqqı ödənilmir. Tələbələr yalnız yol və yaşayış xərclərini qarşılayacaqlar.

Ayrılan yerlərin sayı -15

Əsas şərtlər:

Tələbələrin orta balı (ÜÖMG) – 80-dən yuxarı olmalı;

İngilis dili biliyi B2 (dil sertifikatı üstünlükdür)

Tələb olunan sənədlər:

  • Transkript
  • CV (azərbaycan və ingilis dilində)
  • Pasport və ya şəxsiyyət vəsiqəsi
  • Niyyət məktubu

Bakalavriat səviyyəsi üzrə

Mühəndislik

Biznes hüququ və iqtisadiyyat

Nəqliyyat və texnologiyalar

Təhsilin idarəedilməsi

Psixologiya

Magistratura səviyyəsi üzrə

Biznesin idarəedilməsi

Hüquq

Psixologiya

Son müraciət tarixi: 12 noyabr, 2022-ci il.

Sənədlər yuxarıda göstərilən ardıcıllıqla bir fayl olaraq (pdf formatında) Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. email adresinə göndərilməlidir.

QEYD:

Eyni kriteriyalara cavab verən tələbələr arasında üstünlük yuxarı kurs tələbələrinə veriləcək.

Ölkənin viza qaydalarına əsasən, tələbələrdən depozit tələb oluna bilər

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay