Non-Erasmus (ikili əməkdaşlıq çərçivəsində) Almaniyanın Siegen Universitetində mübadilə proqramına sənəd qəbulu elan olunur.
Mübadilə proqramı çərçivəsində UNEC tələbələri 2023/2024-cü tədris ilinin payız semestrində təhsillərini Almaniyada davam edə bilərlər. Proqramının şərtlərinə əsasən, xarici universitetə təhsil haqqı ödənilmir. Tələbələr yalnız yol və yaşayış xərclərini qarşılayacaqlar. Namizədlərin seçimi ayrılmış yerlərin sayı üzrə təqdim olunmuş sənədlər əsasında müsabiqə yolu ilə seçiləcək.
Seçiləcək tələbə sayı: 5 nəfər
Təhsil pilləsi: bakalavriatura və ya magistratura üzrə təhsil alan tələbələr
Müddət: 2023/2024-cü tədris ilinin payız semestrində
Əsas şərtlər:
- Tələbələrin orta balı (ÜÖMG) – 80-dən yuxarı olmalı;
- Gedəcək ölkənin dilini və tədris olunacaq ingilis dilini sərbəst bilməli (dil sertifikatına sahib olanlara üstünlük veriləcək).
- UNEC-in 1, 2 və ya 3-cü kurs tələbəsi olmalı.
Tələb olunan sənədlər:
- ƏRİZƏ
- Akademik transkript
- CV (ingilis dilində)
- Pasport (mövcüd olmadığı halda şəxsiyyət vəsiqəsi)
Son müraciət tarixi: 10 aprel, 2023-ci il.
Sənədlər göstərilən ardıcıllıqla bir “pdf” sənədi şəklində Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına təqdim olunmalıdır (sənədləri ayrı-ayrı pdf sənədlərində göndərən tələbələrin müraciətlərinə baxılmayacaqdır). Elektron məktubu göndərərkən başlıq hissəsində universitetin “Siegen Universiteti” yazılmalıdır.