A

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı ilə təsdiq edilmiş “Şuşa şəhərinin 2023-cü ilin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi Tədbirlər Planı çərçivəsində UNEC-də “Türk dünyası: ortaq tarixi-mədəni dəyərlər, müasir reallıqlar və gələcəyə baxış” mövzusunda Beynəlxalq onlayn konfrans keçiriləcəkdir.

Konfrans UNEC-in Türk Dünyası İqtisad Fakültəsi və Beynəlxalq Əməkdaşlıq Departamentinin birgə təşəbbüsü ilə 30.11.2023-cü il tarixində saat 11:00-da Zoom platforması üzərindən keçiriləcəkdir.

Tədbirdə Azərbaycan Respublikası ilə yanaşı Türkiyə Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Özbəkistan Respublikası və Şimali Makedoniya Respublikasının nüfuzlu universitetlərinin nümayəndələri də çıxış edəcəkdir.  

Tarix: 30 noyabr 2023-cü il, saat: 11.00 

Link: https://zoom.us/j/98583695470 

Kod:123456

TOP XƏBƏRLƏR