28-30 oktyabr tarixində UNEC-də “5.0 Cəmiyyətlərdə strateji, sosial və iqtisadi çağırışlar” mövzusuna həsr olunmuş XVI Beynəlxalq Strateji İdarəetmə adlı  konfrans keçiriləcək.

Konfrans Beynəlxalq Texniki Strateji İdarəetmə, İdarəçilər Dərnəyinin təşkilatçılığı, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), İstanbul Texniki Universiteti, Gebze Texniki Universiteti, Yıldız Texniki Universiteti və Nişantaşı Universitetinin birgə əməkdaşlığı ilə təşkil olunacaq.

Konfransın əsas müzakirə mövzuları:

  • Strateji idarəetmədə əsas anlayışlar
  • Strateji fəaliyyətin idarəedilməsi
  • Davamlılıq və sosial məsuliyyətlər
  • Qeyri hökümət təşkilatlarında strateji idarəetmə
  • Dövlət idarəçiliyində strateji idarəetmə
  • Xidmət sektorunda strateji idarəetmə
  • Xarici və daxili mühitin təhlili
  • Strategiyanın formalaşması
  • Strategiyanın tətbiqi
  • Strateji nəzarət və audit
  • Strateji idarəetmədə əsas və fərqləndirici xüsusiyyətlər
  • Korporativ strategiya
  • Biznes strategiyası
  • Beynəlxalq strateji idarəetmə
  • Strateji marketinq menecmenti
  • İnsan resurslarının strateji idarə edilməsi
  • Strateji idarəetmədə davranış qaydaları
  • Liderlik və strateji idarəetmə
  • Strateji idarəetmədə maliyyə məsələləri
  • Tədqiqat-inkişaf strategiyaları
  • Logistika və təchizat zəncirinin idarə edilməsi
  • Əməliyyatlar menecmenti
  • İnformasiya texnologiyalarının idarə edilməsi
  • Keyfiyyətə nəzarətin idarə edilməsi
  • Strateji sahibkarlıq
  • KOB-un idarəedilməsi
  • Korporativ mədəniyyət
  • Korporativ idarəetmə
  • Strateji idarəetmədə etik normalar
  • Səhmdarlarla münasibətlərin idarə edilməsi
  • Təşkilat nəzəriyyəsi və strukturu
  • Qloballaşan dünyada strateji idarəetmə modelləri və yanaşmalar
  • Avropa tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi və strateji idarəetmə
  • Avrasiya siyasəti və strateji idarəetmə
  • Avropa birliyindəki strateji məsələlər
  • Qloballaşan iqtisadiyyatın dəyişən perspektivində beynəlxalq logistika
  • 4.0 Sənaye əsrində beynəlxalq ticarət logistikasının yeni çağırışları
  • Ali təhsil müəssisələrinin strateji idarə edilməsi
  • Strateji menecmentin tədrisi
  • İqtisadiyyat və idarəetmə
  • Strateji marketinq
  • Strateji brend menecment
  • Strateji idarəetməyə aid digər mövzular

Konfransda ali təhsil və elmi-tədqiqat müəssisələrini təmsil edən professor-müəllim heyəti, tələbə və tədqiqatçılar iştirak edə bilərlər. Konfrans materialları kitab şəklində çap olunacaq. Konfransın “Hibrid” formatda (virtual və əyani) keçirilməsi nəzərdə tutulur.

Konfrans UNEC-in rəsmi Facebook səhifəsində canlı yayımlanacaq.

PROQRAM

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay