A

UNEC-in Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri, gənc siyasi tədqiqatçı və doktorant Nərgiz Hacıyeva "Azərbaycanın Qarabağ bölgəsində əqli mülkiyyət hüquqlarının pozulması ilə bağlı hüquqi sənədlərə baxış" adlı elmi məqaləsi ilə V Asiya Tədqiqatçıların Əqli mülkiyyət və innovasiya elmi konfransında çıxış edəcək. 

Sinqapurun Nanyang Texnologiya Universiteti və Nanyang Biznes Məktəbini 1-3 mart tarixlərində keçiriləcək və dünyanın müxtəlif ölkələrinin ali təhsil müəssisələri və təşkilatlarının nümayəndələrinin qatılacağı konfransda Nərgiz Hacıyeva hüquqi sənədlərə və konvensiyalara istinad edərək Qarabağ nümunəsində təhlillər aparacaq. 

Qeyd edək ki, konfransın təşkilat komitəsi Kanadanın Ottava Universiteti, Finlandiyanın Hanken İqtisadiyyat Məktəbi, Avstraliyanın South Wales Universiteti, ABŞ-ın George Mason Universiteti, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı, xarici ölkələrin patent dövlət agentlikləri və digər nüfuzlu universitetlər, tədqiqat mərkəzləri və qurumlarının nümayəndələrindən ibarətdir. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay