UNEC ilə əməkdaşlıq çərçivəsində Qərbi İsveçrə Tətbiqi Elmlər və İncəsənət Universitetinin tərkib hissəsi olan Ali İdarəetmə Məktəbi HES-SO UNEC tələbələri üçün təqaüdlü mübadilə proqramına müsabiqə elan edir. 

Ali İdarəetmə Məktəbi 2023/2024-cü tədris ilinin yaz semestri üçün (bir semestrlik) mübadilə proqramı təklif edir.

Sənəd qəbulu üçün son tarix: 10 oktyabr 2023-cü il.

İxtisaslar:

  • İqtisadiyyat
  • Menecment
  • Biznesin idarəedilməsi

Mübadilədə iştirak edə bilərlər:

  • Ən azı B2 fransız dili səviyyəsində danışa bilən bakalavriat və B2 ingilis dilli magistratura səviyyəsində təhsil alan UNEC tələbələri.

Tələb olunan sənədlər:

  • CV
  • Motivasiya məktubu (bakalavr tələbələri üçün fransız, magistr tələbələri üçün ingilis dilində)
  • Transkript  (ÜOMG 70-dən yuxarı)
  • Dil sertifikatı (əgər varsa, bakalavr tələbələri üçün fransız dili sertifikatı, magistr tələbələri üçün ingilis dili sertifikatı və ya UNEC-də ingilis dilində tədris haqqında arayış)

UNEC tələbələri üçün təklif olunan imkanlar aşağıdakılardır: 

  • 800 CHF (təxminən 1400 AZN) məbləğində təqaüd;
  • Tibbi sığorta;
  • 1 ay intensiv fransız dili kursları;
  • Pulsuz nəqliyyat keçidi;
  • İdman klublarında pulsuz qeydiyyatdan keçmə imkanı.

Tələb olunan sənədləri oktyabrın 10-na kimi Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Ali İdarəetmə Məktəbi haqqında qısa məlumat: 

Qərbi İsveçrə Tətbiqi Elmlər və İncəsənət Universitetinin tərkib hissəsi olan Ali İdarəetmə Məktəbi ARC 1982-ci ildə təsis edilib. Tədris əsasən bakalavr və magistr səviyyələrində fransız dilində aparılır. Burada iqtisadiyyat hüququ, informasiya texnologiyaları, marketinq, maliyyə, logistika, insan resursları, iqtisadi cinayətlərin istintaqı, biznesin idarəedilməsi və s. proqramlar mövcuddur. Hazırda 1800 tələbənin təhsil aldığı məktəbdə 100 nəfər akademik heyət üzvü və 400 qonaq mühazirəçi var.

TOP XƏBƏRLƏR