22 aprel 2021-ci il tarixində Clarivate Analytics şirkəti tərəfindən “Elmi nəşrlərin keyfiyyəti: Web of Science və Anti-plagiat proqramı” mövzusunda təlim keçiriləcək.
Təlimin müzakirə mövzuları:
Mövzu: Elmi jurnalın seçilməsi və qiymətləndirilməsi: “due diligence”
Təlimçi: Valentin Bogorov, Clarivate Təhsil Proqramları şöbəsinin müdiri
Mövzu: Müəlliflər üçün anti-plagiat: əsas köməkçi
Təlimçi: f-r. e.n. Yuri Çexoviç, Antiplagiat şirkətinin icraçı direktoru
Təlim Webex platforması üzərindən keçiriləcək. Rus dillində keçiriləcək vebinarın 90%-də iştirak edən nümayəndələrin sertifikatları 26 aprel 2021-ci il tarixinədək şirkət tərəfindən onların elektron poçt ünvanlarına göndəriləcəkdir. Vebinarda iştirak etmək üçün qeydiyyat linki. Proqram qeydiyyat linkinə əlavə olunub.
Qeydiyyat qaydası və son tarix: 21 aprel 2021-ci il.