A

Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən tehsilim.edu.az sərbəst öyrənmə portalında yer alan tədqiqat, biznes, innovasiyalarla bağlı onlayn kurslara tələbə qəbulu elan edilir.

Kurslar Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və ARTİ tərəfindən həyata keçirilmiş “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” layihəsi çərçivəsində həyata keçirilir. “Elmi işlərin yazılması və nəşri”, “Tədqiqat metodologiyası, təcrübələr və layihələr”, “Verilənlərin toplanması, təhlili və idarə edilməsi”, “Əqli mülkiyyət hüquqlarının prinsipləri, texnoloji transfer və kommersiyalaşdırma” və “Sahibkarlıq təhsili və startap” adlı onlayn kurslar Azərbaycan dilində ödənişsiz şəkildə təklif olunur.

Kurslar doktorantlar, tələbələr, tədqiqatçılar, müəllimlər və ali təhsil müəssisələrinin müvafiq struktur bölmələrinin əməkdaşları üçün nəzərdə tutulub.

Maraqlananlar https://tehsilim.edu.az/ platformasına daxil olaraq, kurslardan qeydiyyatdan keçə, öz bilik və bacarıqlarını artıra bilərlər.

Hər kursun müddəti 3 ay nəzərdə tutulub. Kursları müvəffəqiyyətlə bitirən şəxslərə sertifikat təqdim olunacaq.

Kurslara 24 oktyabrdan start veriləcək.

Qeydiyyat üçün son tarix: 21 oktyabr

 

TOP XƏBƏRLƏR