A

UNEC-in Karyera mərkəzinin təşkilatçılığı ilə tələbələrə “Qeyri-formal məşğulluğun aradan qaldırılması” mövzusunda "vorkşop" keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Məşğulluq Agentliyinin şöbə müdiri Rauf Əliyev, şöbənin baş mütəxəssisi Nicat Osmanovun keçirdikləri tədbirdə tələbələrə qeyri-formal məşğulluğun qarşısının alınması, sosial-iqtisadi inkişafa mənfi təsirləri barədə məlumat verilib. Eyni zamanda qeyri-formal məşğulluğun törətdiyi fəsadlar barədə cəmiyyətin məlumatlılığının artırılmasının və bu istiqamətdə birgə mübarizənin əhəmiyyəti vurğulanıb.

Sonra tələbələrin mövzu ilə bağlı sulalları cavablandırılıb.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay